İdman

"Artıq zövq almıram" - Dünya çempionundan gözlənilməz etiraf

30 Mar 2026, 01:00 1 baxış
"Artıq zövq almıram" - Dünya çempionundan gözlənilməz etiraf
Dördqat dünya çempionu Maks Ferstappen "Formula-1"də gələcəyi barədə düşünməyə başladığını bildirib. Oxu.Az BBC-yə istinadən xəbər verir ki, o, artıq yarışlardan əvvəlki kimi zövq almadığını deyib. Pilot mövsümün sonunda karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı suala cavabında bu barədə düşündüyünü qeyd edib. Onun sözlərinə görə, "Formula-1"in tələb etdiyi səylərin buna dəyib-dəymədiyi və ailəsi ilə daha çox vaxt keçirməyin daha yaxşı olub-olmadığı barədə tərəddüd edir. Qeyd edək ki, "Formula-1" pilotunun "Red Bull Racing" ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər