İdman
12 yaşlı qız şahmat üzrə Azərbaycan çempionu oldu
Mingəçevir şəhər 3 saylı orta məktəbin 5-ci sinif şagirdi Mehriban Əhmədli 7-ci dəfə şahmat üzrə Azərbaycan çempionu adını qazanıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 12 yaşlı şahmatçı bu uğura ölkə birinciliyinin başa çatmasına bir tur qalmış nail olub.
Qeyd edək ki, istedadlı şahmatçı indiyədək iki dəfə ənənəvi şahmat üzrə Avropa, rapid və blits şahmatı üzrə isə iki dəfə Dünya çempionu adını qazanıb.
Mənbə
axar.az