İdman
Kimi Antonelli adını "Formula-1" tarixinə yazdırdı
"Mercedes" komandasının 19 yaşlı üzvü Andrea Kimi Antonelli Yaponiya Qran-prisindəki qələbəsindən sonra "Formula-1" tarixində pilotların sıralamasında liderlik edən ən gənc pilot olub. Oxu.Az Sports.ru-ya istinadən xəbər verir ki, italyan idmançı 19 yaş 216 günlüyündə çempionatın liderliyinə yüksəlib. O, ardıcıl olaraq Çin və Yaponiya Qran-prilərində qələbə qazanaraq, karyerasında iki qalibiyyət əldə edib. Bundan əvvəlki rekordun sahibi hazırda "Ferrari"də çıxış edən yeddiqat "Formula-1" çempionu Lyuis Hemilton olub. Britaniyalı pilot 2007-ci ildə "McLaren"dəki debüt mövsümündə 22 yaş dörd ay altı günlüyündə turnir cədvəlinə başçılıq etmişdi.
Mənbə
oxu.az