İdman
Rinq anonsçusu döyüşün qalibini səhv elan etdi - VİDEO
Tanınmış rinq anonsçusu Brüs Bafer ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində keçirilən Mütləq Döyüş Çempionatının (UFC) turnirində qarşılaşmanın nəticəsini səhv salıb və qalib kimi yanlış idmançının adını elan edib. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, "UFC Fight Night 271" turnirində polşalı Marçin Tibura amerikalı Tayrell Forçuna hakimlərin yekdil qərarı ilə məğlub olub.
Lakin B.Bafer Polşadan olan döyüşçünü görüşün qalibi elan edib. Daha sonra düzgün qərarı açıqlamaq üçün idmançıları yenidən oktaqona qaytarıblar.
Lakin B.Bafer Polşadan olan döyüşçünü görüşün qalibi elan edib. Daha sonra düzgün qərarı açıqlamaq üçün idmançıları yenidən oktaqona qaytarıblar.
Mənbə
oxu.az