İdman

Azərbaycanlı döyüşçü qalib gəldi: UFC-yə bir addım qaldı - VİDEO

29 Mar 2026, 01:22 1 baxış
Azərbaycanlı döyüşçü qalib gəldi: UFC-yə bir addım qaldı - VİDEO
Tezliklə dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC ilə müqavilə bağlayacağı gözlənilən Azərbaycan döyüşçüsü Asəf Çopurov növbəti uğuruna imza atıb. O, "UAE Warriors" təşkilatında sahib olduğu çempionluq kəmərini uğurla müdafiə edib. Oxu.Az xəbər verir ki, idmançımız kəmər uğrunda keçirilən döyüşdə erkən qələbə qazanıb. MMA döyüşçümüz braziliyalı rəqibini boğucu fəndlə məğlub edərək peşəkar karyerasındakı məğlubiyyətsizlik seriyasını davam etdirib. Bu qələbə ilə Asəf Çopurov rekordunu 10:0-a çatdırıb. Həmin döyüşün görüntülərini təqdim edirik:

Mənbə oxu.az

Oxşar Xəbərlər