İdman
Azərbaycanın U-19 millisi Şimali İrlandiyaya uduzdu
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiyaya məğlub olub. Oxu.Az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 rəqibinə 1:2 hesabı ilə uduzub. Matç Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda keçirilib. Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya da uduzmuşdu - 0:4.
Mənbə
oxu.az