İdman
Avropa çempionatının seçmə mərhələsi: Yığmamız bu gün Şimali İrlandiya ilə qarşılaşacaq
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxmağa hazırlaşır. Oxu.Az xəbər verir ki, B Liqasının 6-cı qrupunda mübarizə aparan U-19 yığmamız bu gün Şimali İrlandiya seçməsi ilə qüvvəsini sınayacaq. Bu qarşılaşma Litvanın Kaunas şəhərində yerləşən "Raudondvario" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Xatırladaq ki, baş məşqçi İlham Yadullayevin rəhbərlik etdiyi Azərbaycan millisi turnirdəki ilk görüşündə meydan sahibi Litva yığmasına 0:4 hesabı ilə məğlub olmuşdu.
Mənbə
oxu.az