İdman

Azərbaycan millisi yeni rekord müəyyənləşdirib

27 Mar 2026, 23:48 1 baxış
Azərbaycan millisi yeni rekord müəyyənləşdirib
Futbol üzrə Azərbaycan milli komandası tarixinin ən böyükhesablı qələbəsini qazanaraq yeni rekord müəyyənləşdirib. Oxu.Az xəbər verir ki, yığma bu uğura "FIFA Series - 2026" beynəlxalq turnirində Sent-Lüsiya ilə keçirilən qarşılaşmada nail olub. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 6:1 hesabı ilə darmadağın edib. Bununla da milli komanda əvvəlki rekordunu yeniləyib. Azərbaycan yığmasının bundan əvvəlki ən böyükhesablı qələbəsi 2017-ci ildə San-Marino üzərində qazanılıb - 5:1. Həmin qarşılaşma 2018-ci il dünya çempionatının seçmə mərhələsinə təsadüf edib. Digər böyük qələbələrdən biri isə Lixtenşteyn üzərində qeydə alınıb. Milli 1999-cu ildə keçirilən rəsmi beynəlxalq oyunda rəqibini 4:0 hesabı ilə məğlub edib və uzun müddət bu nəticə rekord kimi qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər