İdman
Sent-Lüsiya millisinin baş məşqçisi: "Azərbaycanla matçda böyükhesablı məğlubiyyət gözləmirdik"
Sent-Lüsiya yığmasının baş məşqçisi Stern Con "FIFA Series - 2026" turniri çərçivəsində Azərbaycan millisinə qarşı keçirilən oyundan (1:6) sonra mətbuat konfransında çıxış edib. Oxu.Az xəbər verir ki, mütəxəssis darmadağınla nəticələnən qarşılaşmanı şərh edərkən komandasının buraxdığı səhvlərdən gileylənib. Rəqibin təzyiqinə hazır olduqlarını bildirən S.Con qeyd edib: "Belə bir nəticəni gözləmirdim. Sadə səhvlər etdik və rəqib bizi cəzalandırdı. Avropa komandasına qarşı oynamaq futbolçularım üçün böyük təcrübə idi, lakin cəmi bir oyun keçirməyimiz bizi məyus etdi".
Mənbə
oxu.az