İdman
Hava şəraiti futbol matçına təsir etdi: Azərbaycan - Sent-Lüsiya görüşünün başlama vaxtı dəyişdirildi
Hava şəraiti və yollarda yaranan sıxlıqla əlaqədar olaraq, "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində bu gün keçiriləcək Azərbaycan - Sent-Lüsiya oyununun başlanma saatı dəyişdirilib. Oxu.Az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19:10-da start veriləcək. Qeyd edək ki, matç saat 19:00-da başlamalı idi.
Mənbə
oxu.az