Dünya

Yeni araşdırma: Tunc dövrü elitası meteoritdən hazırlanmış üzüklər taxıb - FOTO

15 Aug 2026, 03:36 2 baxış
Yeni araşdırma: Tunc dövrü elitası meteoritdən hazırlanmış üzüklər taxıb - FOTO
Alimlər müəyyən ediblər ki, Aralıq dənizi bölgəsində Tunc dövrü elitasının nümayəndələri meteorit dəmirindən hazırlanmış üzüklər taxıblar. Təxminən 3 800-3 000 il əvvəl bu əşyalar hakimiyyət və yüksək statusun rəmzi hesab olunub. Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Archaeological Science" jurnalında dərc edilib. Tədqiqatçılar yüzdən çox qədim artefaktı analiz edərək, Minoy və Miken mədəniyyətlərinə aid 91 dəmir əşyaya xüsusi diqqət yetiriblər. Onlardan 13-də metalın yerdənkənar mənşəyini göstərən əsas əlamət - nikel aşkar edilib. Məlum olub ki, bu əşyaların hamısı, əsasən, qızıl və ya gümüş əlavələrlə bəzədilmiş dekorativ üzüklərdir. Üzüklərin bir çoxu qəbirlərdən, o cümlədən Miken məqbərələrindən tapılıb. Onlardan biri isə ehtimal olunan Minoy baş kahininin barmağında olub. Tədqiqat müəlliflərinin fikrincə, səmavi metaldan hazırlanmış bu məmulatlar saray mərkəzlərinin zadəganları arasında yüksək status göstəricisi kimi istifadə olunub. Ehtimal edilir ki, meteorit dəmiri Misirdən gətirilirdi. Quraq səhralarda meteoritlər Yunanıstanın daha rütubətli iqlimi ilə müqayisədə daha yaxşı qorunurdu. Filizdən əridilərək əldə edilən dəmir eramızdan əvvəl 1400-cü illərdə ortaya çıxsa da, meteorit dəmirindən hazırlanmış üzüklər elita arasında uzun müddət dəbdə qalıb. Tədqiqatçılar hesab edirlər ki, bu ənənə təchizatdakı fasilələr və ya zövqlərin dəyişməsi səbəbindən təxminən eramızdan əvvəl 1200-cü ilə doğru aradan qalxıb. Yeni tapıntı mühüm elmi boşluğu doldurur. Belə ki, dünyanın digər bölgələrində Tunc dövrünə aid meteorit artefaktları məlum olsa da, indiyədək bu cür nümunələr Tunc dövrü Yunanıstanı üçün sənədləşdirilməmişdi.
{{gallery}}
Yeni araşdırma: Tunc dövrü elitası meteoritdən hazırlanmış üzüklər taxıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər