İdman

Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldı

25 Mar 2026, 18:24 1 baxış
Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldı
Azərbaycanlı mütəxəssis Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb. Bildirilib ki, N.İsmayılova kişilər arasında Çempionlar Liqasının 1/4 final mərhələsində İtaliyanın "Kuçine Lube" və Polşanın "Aluron" komandalarının qarşılaşmasında supervayzer kimi iştirak edəcək. Qeyd edək ki, bu gün İtaliyada baş tutacaq qarşılaşmanın hakimləri portuqaliyalı Rikardu Ferreyra və yunanıstanlı Vasileios Vasileiadis olacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər