Mədəniyyət
Azərbaycan mahnıları Londonda səslənir: Musiqiləri viral olan tələbə danışdı - FOTO - VİDEO
Son günlər azərbaycanlı gənc ifaçı Sonya sosial şəbəkələrdə paylaşdığı duet videoları ilə diqqət çəkir. İngiltərədə musiqi təhsili alan həmyerlimiz xarici musiqiçi ilə birlikdə Azərbaycan mahnılarını fərqli təqdimatda ifa edir və bu videolar qısa müddətdə izləyicilərin marağına səbəb olur. Məhz bunları nəzərə alaraq Sonyanı sizə daha yaxından tanıtmaq qərarına gəldik. Sona Mohubaliyevanın Oxu.Az-a müsahibəsini təqdim edirik. - Zəhmət olmasa, özünüzü oxucularımıza təqdim edərdiniz. Hazırda harada yaşayırsınız və nə ilə məşğulsunuz? - 22 yaşım var. Hazırda İngiltərənin top 10 universitetlərindən biri olan Surrey Universitetində musiqi üzrə təhsil alıram və artıq 3-cü kurs tələbəsiyəm. İxtisasım vokaldır, əsasən, caz və pop janrlarında ifa edirəm. Hazırda əsas diqqətimi təhsilimə yönəltmişəm. Bununla yanaşı, sosial şəbəkələrdə, xüsusilə "Instagram" platformasında aktiv olaraq öz musiqi tərzimi nümayiş etdirməyə çalışıram. Bu prosesdə universitetdəki xarici qrup yoldaşlarımdan müşayiət üçün dəstək alıram. Onlardan biri də videolarımda tez-tez yer alan Qabrieldir.
- İngiltərədə musiqi təhsili almağa necə qərar verdiniz? Bu sahəyə marağınız nə vaxtdan yaranıb? - Mən uşaqlıqdan vokalla məşğulam və Fikrət Əmirov adına 6 nömrəli İncəsənət Məktəbini bitirmişəm. Uşaqlıqdan musiqiyə marağım olub, mahnı oxumağı sevirdim və ətrafımdakı insanlar da hər zaman bunun məndə yaxşı alındığını deyirdilər. Eyni zamanda, atam musiqiçidir, mənim musiqiyə olan marağımı xüsusilə dəstəkləyib. Bu səbəbdən zamanla bu sahəyə olan sevgim daha da gücləndi və universitet seçimi edərkən də məhz musiqi təhsili almağa qərar verdim. Uşaqlıqdan anam bacımla mənim xaricdə təhsil almağımızı istəyirdi və bizi bu istiqamətdə erkən yaşlardan yönləndirmişdi. Buna görə də biz hələ kiçik yaşlarımızdan bu məqsədlə böyümüşük. İlk olaraq Almaniyada təhsil almağımı planlaşdırırdıq, çünki bacım da orada oxuyurdu. İki il alman dili kursuna getdikdən sonra anladım ki, Almaniya və alman dili mənə o qədər də yaxın deyil. Bu səbəbdən son anda qərarımı dəyişdim və valideynlərimin tövsiyəsi ilə İngiltərəyə yönəldim. Uşaqlıqdan bu ölkəyə xüsusi marağım olub və özümü burada daha rahat hiss etdiyim üçün bu qərarla razılaşdım.
- "TikTok" platforması üçün duet formatında videolar çəkmək ideyası haradan yarandı? - Düzü, çox aktiv olaraq işlətməsəm də, 16-17 yaşımda "Instagram" səhifəsi açıb orada arada bir "cover"lər çəkməyə başladım. Bu addımı atmağa məni ailəm təşviq edib, məqsəd həm təcrübə qazanmaq, həm də gələcək üçün bir növ fəaliyyət tarixçəmi yaratmaq idi. Daha sonra isə "TikTok" hesabı açıb, orada da paylaşımlar etməyə başladım. Son aylarda artıq mahnıları öz üslubumda təqdim etməyə və şəxsi musiqi tərzimi göstərməyə daha çox həvəsim yarandığı üçün tez-tez paylaşımlar edirəm. - Videolarınızda xarici bir şəxslə Azərbaycan mahnılarını ifa etməyiniz izləyicilərin diqqətini cəlb edir. Bu əməkdaşlıq necə quruldu? - Konsertlərimdən birinə hazırlaşarkən Qabrieldən pianoda mənə müşayiət etməsi üçün kömək istədim və beləliklə, tanış olduq. Söhbət zamanı o, Azərbaycan musiqisini sevdiyini, hətta dövlət himnimizi belə bildiyini qeyd etdi. Bunu eşitdikdən sonra ona birlikdə video çəkməyi təklif etdim, o da məmnuniyyətlə razılaşdı. Açığı, formatın bu qədər maraq doğuracağını gözləmirdik. Lakin izləyicilər tərəfindən sevilməyə başladıqdan sonra bu cür duetləri daha tez-tez paylaşmağa başladıq. - Qabriel Azərbaycan dilini bilir? - Yox, bilmir. O, videolarımızda məni pianoda müşayiət edir. - Paylaşdığınız videoların qısa müddətdə çox baxış toplamasını nə ilə izah edərdiniz? Sizcə, izləyiciləri ən çox cəlb edən nədir? - Videolarımızın qısa müddətdə diqqət çəkməsini düşünürəm ki, əsasən fərqli format və təqdim etdiyimiz musiqi ilə bağlıdır. Xarici bir mühitdə Azərbaycan musiqisinin səslənməsi izləyicilərə maraqlı gəlir. Bundan əlavə, məncə, canlı ifa da videolara daha səmimi ab-hava qatır. - Xaricdə Azərbaycan musiqisinə maraq necədir? Bu mahnılar orada necə qarşılanır? - Maraq gözlədiyimdən daha çoxdur. Mən tez-tez həm ifa edərək, həm də dinlədərək onlara musiqimizi təqdim edirəm - klassik əsərlərdən tutmuş muğama qədər. Xüsusilə muğam onları çox heyrətləndirir. Dinlədikdən sonra tez-tez "tüklərimiz biz-biz oldu" kimi reaksiyalar verirlər. Dərslərimizdə də Azərbaycan musiqisinə yer verilir. Hətta bir dərsimizdə müəllimimiz tələbələrə Əzizə Mustafazadənin əsərlərini təqdim etmişdi və böyük maraqla qarşılanmışdı. Qeyd edim ki, müəllimlərimizin hamısı ingilisdir. - Sizcə, Azərbaycan musiqisinin xarici auditoriya üçün fərqləndirici cəhətləri nələrdir? - Bir çox fərqləndirici xüsusiyyətləri var. Məncə, bunlardan ən diqqət çəkəni vokal texnikamız, yəni boğazlarımızdır. Onlar bu üsluba öyrəşmədikləri üçün bu, onlar üçün həm maraqlı, həm də təsirli səslənir. Bundan əlavə, milli musiqi alətlərimiz də böyük maraq doğurur. Tez-tez mənə ifa etdiyim musiqilərdə eşitdikləri alətlər haqqında suallar verirlər. - Sosial şəbəkələrdə izləyicilərinizdən hansı maraqlı reaksiyaları və ya mesajları almısınız? - Ümumi olaraq çox müsbət rəylər görürük. Maraqlı reaksiyalardan biri isə Qabrielin Maykl Ceksona bənzədilməsi olub. Həmçinin bəziləri ifalarımızın süni intellekt və ya xüsusi effektlərlə hazırlandığını düşünür, bu da bizə maraqlı gəlir.
- Gələcəkdə bu duetləri daha geniş formatda - məsələn, canlı çıxışlar və ya yeni layihələr şəklində davam etdirməyi düşünürsünüzmü? - Bəli, fürsət olsa, gələcəkdə bu duetləri daha geniş formatda, canlı çıxışlar və layihələr şəklində davam etdirmək istərdim. Düşünürəm ki, bu, Azərbaycan musiqisini daha geniş auditoriyaya çatdırmaq üçün yaxşı imkandır və eyni zamanda fərqli mədəniyyətləri bir araya gətirir. - Azərbaycana qayıdıb fəaliyyət göstərmək və ya burada layihələr həyata keçirmək planlarınız varmı? - Azərbaycana əsasən bayramlarda qayıdıram, ailəmlə və dostlarımla vaxt keçirmək və dincəlmək üçün. Hazırda isə təhsilimi İngiltərədə davam etdirməyi və gələcəkdə burada magistr oxumağı planlaşdırıram. Burada olub Azərbaycan musiqisini tanıtmaq mənim üçün böyük məmnuniyyətdir. Eyni zamanda, Azərbaycanla bağlı layihələrdə yer almaq hər zaman maraqlıdır. Əgər təkliflər olarsa, məmnuniyyətlə dəyərləndirərəm. - Sonda sizi izləyən və dəstək olan insanlara nə demək istərdiniz? - Məni izləyən və dəstək olan hər kəsə səmimi təşəkkürümü bildirirəm. Yazdıqları hər bir xoş söz mənim üçün çox dəyərlidir. Onu da əlavə etmək istərdim ki, musiqimizi tanıtmaq yolunda onların dəstəyi həqiqətən çox önəmlidir. Onlar izləyib dəstəklədikcə, musiqimizi və mədəniyyətimizi daha geniş auditoriyaya çatdırmaq daha asan olur.

Mənbə
oxu.az
Oxşar Xəbərlər