Dünya
İran növbəti dəfə Ben Qurion hava limanını vurdu - VİDEO
İran ordusunun pilotsuz təyyarələri İsrailin hərbi infrastrukturuna, Ben Qurion hava limanındakı yanacaq çənlərinə aviazərbələr endirib. Oxu.Az-ın məlumatına görə, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasına istinadən xəbər yayıb. Bildirilib ki, hücumlar İran xalqına təhdid aradan qaldırılana qədər davam edəcək. Açıqlamada qeyd olunub ki, Ben Qurion hava limanı - yanacaqdolduran təyyarələri və yanacaq çənlərinin yerləşdiyi yerlə yanaşı, İsrail ordusunun xüsusi bölmələrinin və hava qüvvələrinin obyektlərinin qərargahıdır. Sözügedən ərazidə qırıcı təyyarələrin aviasiya sənayesi, təmir və texniki xidmət mərkəzləri yerləşir.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Mənbə
oxu.az