Mədəniyyət
"Babamızın babasının babası"nın dünyaya gəldiyi gündür - FOTO - VİDEO
Martın 21-i Azərbaycan SSR-in Xalq artisti Hüseynağa Sadıqovun doğum günüdür. Oxu.Az xatırladır ki, əslən Cənubi Azərbaycandan olan Hüseynağa Ələsgər oğlu Sadıqov 1914-cü ildə Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb.
Hüseynağa Sadıqov Azərbaycan teatrının görkəmli aktyoru olub və bir çox əsas rolları ifa edib. O, "Pitli" obrazını "Əfilər" əsərində (Rabindranat Taqor), "Xasay", "Eloğlu" və "Məlik ibn Səid" rollarını "Xasay", "Eloğlu" və "Bir saat xəlifəlik" əsərlərində (Abdulla Şaiq), "Bobçinski" və "Jevakin" obrazlarını "Müfəttiş" və "Evlənmə" əsərlərində (Nikolay Qoqol) canlandırıb. O, həmçinin "Azad" ("Azad", Əyyub Abbasov), "Mirzə Qoşunəli" ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), "Həsən" ("Yaşar", Cəfər Cabbarlı), "Trufaldino" ("İki ağanın bir nökəri", Karlo Qaldoni), "Rəcəb" ("Şirinbala bal yığır", Salam Qədirzadə), "Səlim" ("Anacan", Yusif Əzimzadə), "Hacı Murad "("Tamahkar", Süleyman Sani Axundov) və s. kimi rollarla yadda qalıb.
O, teatrda işləməklə yanaşı, kinoya da çəkilib. Aktyorun kino fəaliyyəti onun yaradıcılığının bütöv bir qolunu təşkil edir. H.Sadıqovun kinoda ilk rolu rejissor H.Seyidbəylinin 1962-ci ildə çəkdiyi "Telefonçu qız" filmində kiçik bir epizod - "Təhlükəsizlik mühəndisi", ikinci rolu isə rejissor Ə.Atakişiyevin 1964-cü ildə yaratdığı "Sehirli xalat" fantastik macəra filmində "Yaltaq vəzir" rolu olub. Bundan sonra Hüseynağa Sadıqov "Yenilməz batalyon" tarixi-inqilabi filmində özünün xasiyyətinə, rəftarına, təbiətinə xas olmayan "Çar ordusunun əsgəri - feldfebel" rolunda çəkilib. Ötən əsrin 70-ci illərdə H.Sadıqovun kino yaradıcılığı daha məhsuldar olub. O, 1970-ci ildə rejissor H.Seyidbəylinin "O qızı tapın" detektiv filmində "Dalandar", rejissor T.Tağızadənin "Yeddi oğul istərəm" tarixi-inqilabi filmində Novruz bayramında camaatı şənliyə çağıran "Kosa", 1975-ci ildə rejissor Ş.Mahmudbəyovun lentə aldığı "Dörd bazar günü" televiziya filmində "Əsəd dayı", rejissor A.Babayevin "Alma almaya bənzər" kinokomediyasında "Nadir baba", rejissor R.Ocaqovun 1977-ci ildə yaratdığı "Ad günü" televiziya filmində "Əlinin atası", rejissor C.Fərəcovun 1978-ci ildə istehsal etdiyi "Arvadım mənim, uşaqlarım mənim" novellasında "Kənd sovetinin sədri" rollarında çıxış edib. 1981-ci ildə çəkilmiş "Babamızın babasının babası" kinokomediyası insan taleyi barəsindədir. Rejissor T.Tağızadə bu filmi çəkərkən baş rola - "Əziz baba" roluna tərəddüd etmədən Hüseynağa Sadıqovu dəvət edib.
Hüseynağa Sadıqov kinoda ikinci dəfə "vəzir" rolunda, özü də bu dəfə "Baş vəzir" obrazında M.Qorki adına kinostudiyada 1966-cı ildə rejissor Boris Rıtsarevin çəkdiyi "Ələddinin sehrli çırağı" film-nağılında oynayıb. Bu rol onu bütün Sovet İttifaqında məşhurlaşdırıb. Aktyor H.Sadıqov teatrda işləməklə, kinoya çəkilməklə yanaşı, radioda və televiziyada da maraqlı tamaşalarda çıxış edib. Tamaşaçıların yaşlı və orta nəsli məşhur "Piri babanın nağılları", "Xoruzbaba" verilişlərində H.Sadıqovu daha çox seviblər. Həmin zamanlarda ona hamı "Xoruzbaba" deyə müraciət edib. H.Sadıqov bu sözə o qədər alışıb ki, heç kimdən inciməyib. "Komsomol poeması" tamaşasında oynadığı "Mirpaşa" roluna görə 1967-ci ildə Respublika Lenin komsomolu mükafatına layiq görülüb. Göstərdiyi səhnə xidmətlərinə görə 1 iyul 1956-cı ildə "Azərbaycan SSR-in Əməkdar artisti", 9 fevral 1979-cu ildə "Xalq artisti" fəxri adları ilə təltif olunub. Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib.
{{gallery}}

Mənbə
oxu.az
Oxşar Xəbərlər