Dünya

Bağdadda İraq kəşfiyyat xidmətinin qərargahına PUA hücumu - VİDEO

21 Mar 2026, 14:02 2 baxış
Bağdadda İraq kəşfiyyat xidmətinin qərargahına PUA hücumu - VİDEO
Bağdadda İraq kəşfiyyat xidmətinə məxsus binaya pilotsuz uçuş aparatları ilə (PUA) hücum edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Al Jazeera" İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb. Xəbərə görə PUA Bağdadın qərbindəki dəbdəbəli Mənsur məhəlləsində yerləşən qərargahı hədəfə alıb. "Al Araby" kanalı isə bundan əvvəl mərminin qalıqlarının eyni məhəllədə yerləşən İraqdakı Mərakeş səfirliyinin yaxınlığında düşdüyünü bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər