Dünya

ABŞ Strateji Neft Ehtiyatından şirkətlərə 42.5 milyon barel xam neft ayırıb

21 Mar 2026, 09:38 2 baxış
ABŞ Strateji Neft Ehtiyatından şirkətlərə 42.5 milyon barel xam neft ayırıb
ABŞ planlaşdırılan 172 milyon barel xam neftdən ilk 42.5 milyon bareli Strateji Neft Ehtiyatından neft şirkətlərinə ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin saytında dərc edilən açıqlamada bildirilib. Sənəddə deyilir ki, ABŞ Strateji Neft Ehtiyatından 42.5 milyon barel xam neftin buraxılmasının birinci mərhələsinə başlayıb. Energetika Nazirliyi birinci mərhələdə Strateji Neft Ehtiyatından xam neft alan şirkətlərin sonradan onun əvəzinə 55 milyon barel qaytaracağını gözləyir. Xatırladaq ki, martın 12-də nazirlik Vaşinqton administrasiyasının 120 gün ərzində Strateji Neft Ehtiyatından ümumilikdə 172 milyon barel nefti dövriyyəyə buraxacağını açıqlayıb. Energetika Nazirliyi ehtiyatın 2027-ci ilə qədər təxminən 200 milyon barel neft ilə doldurulacağını gözləyir. Ölkənin ehtiyatı hazırda təxminən 415 milyon barel təşkil edir. Onun ümumi icazə verilən tutumu isə 714 milyon barel olaraq müəyyən edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər