Dünya

Abbas Əraqçı: "Britaniyanın qərarı ölkə vətəndaşlarını risk altına qoyur"

21 Mar 2026, 01:18 2 baxış
Abbas Əraqçı: "Britaniyanın qərarı ölkə vətəndaşlarını risk altına qoyur"
"Baş nazir Kir Starmerin ABŞ-yə Böyük Britaniya ərazisində yerləşən hərbi bazalardan istifadə etməyə icazə verməsi britaniyalıların təhlükəsizliyini risk altına qoyur". Oxu.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "X" sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, britaniyalıların əksəriyyəti İsrail və ABŞ tərəfindən İrana qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmək istəmir. Nazir qeyd edib ki, hökumət bu qərarı xalqın mövqeyini nəzərə almadan qəbul edib. "İran özünümüdafiə hüququndan istifadə edəcək", - deyə o, paylaşımında vurğulayıb. Bu açıqlama Böyük Britaniya hökumətinin ABŞ-yə ölkə ərazisindəki aviabazalardan istifadə etməyə icazə verməsi fonunda səsləndirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər