Dünya

Böyük Britaniya ABŞ-yə Hörmüz boğazı üzrə əməliyyatlar üçün bazalarını açıb

20 Mar 2026, 23:06 2 baxış
Böyük Britaniya ABŞ-yə Hörmüz boğazı üzrə əməliyyatlar üçün bazalarını açıb
Böyük Britaniya ABŞ-yə Hörmüz boğazı üçün təhlükə yaradan İran obyektlərinə zərbələr endirmək üçün öz hərbi bazalarından istifadə etməyə icazə verib. Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir. Bildirilir ki, Böyük Britaniya yenə də zərbələrdə birbaşa iştirak etməyəcək. Qeyd edilir ki, britaniyalı nazirlər bazaların Hörmüz boğazında gəmilərə hücumlar üçün istifadə edilən vasitələrə qarşı yönəlmiş ABŞ-nin müdafiə əməliyyatları üçün istifadə edilə biləcəyi barədə razılığa gəliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər