Dünya
Tehrandan mesaj: Nüvə silahı dini baxımdan qadağandır
"İranın mərhum ali rəhbəri Əli Xamenei nüvə silahının yaradılmasının yolverilməzliyi barədə dəfələrlə bəyanat verib". Oxu.Az xəbər verir ki, bunu SNN-ə istinadən İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Novruz bayramı münasibətilə müraciətində bildirib. "İnqilab rəhbərinin yanına hər dəfə gələndə o, nüvə silahının din baxımından qadağan edildiyini vurğulayırdı", - deyə prezident qeyd edib. Bununla yanaşı, onun sözlərinə görə, ABŞ dünyaya İranın nüvə silahı əldə etməyə çalışdığı barədə fikir aşılamağa çalışır.
Mənbə
oxu.az