Dünya

KİV: NATO Yaxın Şərqdəki vəziyyətlə əlaqədar İraqdakı təlim missiyasını geri çağırdı

20 Mar 2026, 18:52 2 baxış
KİV:  NATO Yaxın Şərqdəki vəziyyətlə əlaqədar İraqdakı təlim missiyasını geri çağırdı
NATO Yaxın Şərqdə hərbi əməliyyatların davam etməsi səbəbindən İraq ordusu üçün təlim missiyasını müvəqqəti olaraq bu ölkədən geri çağırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" İraqdakı mənbələrinə istinadən məlumat yayıb. "Bu, müvəqqəti geriçəkilmədir. Onlar mövcud vəziyyətdən narahatdırlar", - deyə agentliyi məlumatlandıran mənbə bildirib. Başqa bir mənbə isə NATO missiyasının İraqdan tam şəkildə geri çəkildiyini təsdiqləyib. Öz növbəsində, NATO-nun rəsmi nümayəndəsi agentliyə bildirib ki, alyansın İraqdakı missiyası yenidən qruplaşdırılıb. Bu missiya qeyri-döyüş xarakteri daşıyır və İraq silahlı qüvvələri üçün zabit və mütəxəssislərin hazırlanmasına yönəldilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər