Dünya

Peskov: "Rusiya Ukrayna münaqişəsi ilə bağlı görüşdə iştirak etməyəcək"

20 Mar 2026, 16:59 2 baxış
Peskov: "Rusiya Ukrayna münaqişəsi ilə bağlı görüşdə iştirak etməyəcək"
"Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ-də keçiriləcək görüşdə iştirak etməyəcək". Oxu.Az xəbər verir ki, bu barədə TASS Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən xəbər yayıb. O bildirib ki, bu təmaslar Kiyev və Vaşinqton nümayəndələri arasında baş tutacaq. Xatırladaq ki, Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı görüş martın 21-də ABŞ-də keçirilə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər