Dünya
SEPAH Küveytdəki ABŞ bazasını və radar sistemlərini vurdu - VİDEO
"Əsl Vəd-4" əməliyyatının 67-ci mərhələsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki ABŞ bazalarına, radar stansiyalarına və hərbi infrastruktura hücum edib. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın mətbuat xidmətinə istinadən xəbər yayıb. Bildirilib ki, 67-ci dalğa zamanı ortamənzilli ballistik raketlərdən, dronlardan istifadə edilib.
"ABŞ-nin Küveytdə yerləşən "Əli Salem" aviabazası, pilotsuz təyyarələr və kosmik qüvvələr üçün komandanlıq mərkəzi, təyyarələrin texniki xidmət anqarları, avadanlıq və helikopter dəstək anbarları, eləcə də hava hücumundan müdafiə erkən xəbərdarlıq radarlarına zərbələr endirilib", - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Mənbə
oxu.az