Dünya
Tecon şəhərində güclü yanğın: 55 nəfər xəsarət aldı - VİDEO
Cənubi Koreyanın Tecon şəhərində avtomobil hissələri fabrikində baş verən yanğın nəticəsində ən azı 55 nəfər xəsarət alıb. Oxu.Az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. "İlkin məlumatlara görə, yanğın partlayış nəticəsində baş vermiş ola bilər", - deyə nəşr bildirib. Agentlik 24 nəfərin ağır yaralandığını dəqiqləşdirib. Yanğın başlayanda binanın içərisində ola biləcək ən azı 14 nəfərin isə axtarışları davam etdirilir.
Mənbə
oxu.az