Dünya
İsrail HƏMAS-ın hərbi kəşfiyyat komandirini ÖLDÜRDÜ - VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL) və İsrail Təhlükəsizlik Agentliyi (ISA - Israel Security Agency) HƏMAS-ın "Xan-Yunis" briqadasının kəşfiyyat komandiri Məhəmməd Əbu Şalehi öldürüb. Oxu.Az-ın xəbərinə görə, SAXAL öz "Telegram" kanalında məlumat verib.
Bildirilir ki, müharibə boyunca Məhəmməd Əbu Şaleh kəşfiyyat zabiti kimi xidmət edib və "Xan- Yunis" briqadasının tərkibində 7 oktyabr əməliyyatlarının planlaşdırılmasında iştirak edib. "Son zamanlar Şaleh Qəzza zolağında təşkilatın potensialının bərpa edilməsinə yönəlmiş atəşkəs razılaşmasını pozan addımlar atıb, SAXAL və İsrail dövlətinə qarşı terror hücumları planlaşdırıb. Terrorçu SAXAL qoşunlarına qarşı birbaşa təhlükəni aradan qaldırmaq məqsədilə dəqiq zərbə nəticəsində məhv edilib. Zərbələrdən əvvəl mülki əhaliyə zərərvurma riskini azaltmaq üçün tədbirlər görülüb, o cümlədən yüksək dəqiqlikli sursatlardan və hava nəzarətindən istifadə edilib", - deyə məlumatda qeyd edilib.

Mənbə
oxu.az