Siyasət
Bakı-Belqrad xəttində yeni mərhələ: Qaz, enerji və strateji əməkdaşlıq - VİDEO
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviç olub. Səfir Serbiyanın Dövlətçilik Gününün ölkəsi üçün böyük tarixi və siyasi əhəmiyyət daşıdığını vurğulayaraq, Prezident İlham Əliyevin həmin gün Belqrada səfərini yüksək qiymətləndirib. O bildirib ki, bu səfər Serbiya Respublikasına və Prezident Aleksandar Vuçiçə göstərilən dəstəyin bariz nümunəsidir.
Draqan Vladisavljeviç Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclasını iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib. Onun sözlərinə görə, bu platforma tərəfdaşlığın daha intensiv və sistemli şəkildə inkişafına şərait yaradır. Səfir son görüş çərçivəsində imzalanan sənədlərin, xüsusilə, enerji sahəsində real nəticələr vəd etdiyini qeyd edib. O, Serbiyada birgə qaz-turbin elektrik stansiyasının tikintisi üzrə sazişin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Layihənin strateji əhəmiyyətindən danışan səfir bildirib ki, bu təşəbbüs təkcə enerji obyekti deyil, həm də Azərbaycan ilə Serbiya arasında uzunmüddətli strateji investisiyadır və enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Draqan Vladisavljeviç Azərbaycanın qaz ixracını artırmasının Avropanın enerji xəritəsində mühüm rol oynayacağını qeyd edib. O əlavə edib ki, Serbiya 2027-ci ilə qədər Azərbaycandan illik 1 milyard kubmetrə qədər qaz idxal etməyi planlaşdırır.

Mənbə
oxu.az
Oxşar Xəbərlər