Siyasət

Ceyhun Bayramovla Hakan Fidan arasında Ər-Riyadda görüş keçirilib

18 Mar 2026, 23:52 1 baxış
Ceyhun Bayramovla Hakan Fidan arasında Ər-Riyadda görüş keçirilib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb. Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Səudiyyə Ərəbistanına işgüzar səfər edib. Səfər çərçivəsində nazirin bir sıra ölkələrin XİN rəhbərlərinin iştirakı ilə keçirilən regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasda iştirakı, eləcə də bir neçə ikitərəfli görüş keçirməsi planlaşdırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər