Siyasət

Laricaninin ölümündən sonra vəziyyət necə dəyişəcək? - VİDEO

18 Mar 2026, 19:42 1 baxış
Laricaninin ölümündən sonra vəziyyət necə dəyişəcək? - VİDEO
"Donald Trampın problemi ondadır ki, İran xalqının cəsur, güclü və qətiyyətli olduğunu anlamır. Nə qədər çox təzyiq olsa, İran xalqı bir o qədər güclü olacaq". Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, bu sözləri Əli Laricani martın 13-də küçədə izdiham arasında demişdi. Bu, qəribə idi. Hava məkanı hərbi təyyarələr, dronlar üçün açıq olan bir ölkənin ali rəhbərlərindən biri necə küçədə gəzir? Xalq üçün qəhrəmanlıq kimi görünə bilər, amma bu, adi şəxs deyil, ona görə də maksimum qorunması lazım idi ki, xarici müdaxiləyə qarşı mübarizə məsələsində problem olmasın.
Əli Laricani yüksək təhsilə malik, uzun müddət dövlət idarəetməsində çalışan biri idi. Tehran Universitetində Qərb fəlsəfəsi üzrə magistr və doktorluq dərəcəsi alan, eyni zamanda riyaziyyatçı olan Laricani parlamentdə də çalışıb. Uzun müddət təhlükəsizlik sahəsində fəaliyyət göstərib. 2025-ci ilin avqustundan Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edilib. Sərt mövqeyinə baxmayaraq, Laricani çox vaxt praqmatik və İran sistemində kompromisə meyilli fiqur kimi qiymətləndirilib. Onu "İran hakimiyyətinin sütunu" da adlandırmaq olardı. Laricaninin maraqlı bir açıqlaması var idi: "ABŞ liderlərin öldürülməsinin İranda xaos yaradacağını düşünməklə yanılır". Maraqlı məsələ də odur ki, İranda bir neçə lider öldürülür. Bəs bu, ölkənin idarəetməsində problemlər yaradır, yoxsa yarada bilməyəcək? Bu və digər suallara Baku TV-nin süjetində aydınlıq gətirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər