Siyasət

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb

18 Mar 2026, 14:39 1 baxış
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər