Mədəniyyət

İncəsənət məktəblərinin optimallaşdırma xəritəsi hazırlanıb

18 Mar 2026, 14:41 1 baxış
İncəsənət məktəblərinin optimallaşdırma xəritəsi hazırlanıb
Yerləşdiyi ərazilər, şagird-müəllim nisbəti, eləcə də mövcud infrastruktur imkanları nəzərə alınmaqla ölkə üzrə musiqi və incəsənət məktəblərinin optimallaşdırma xəritəsi hazırlanıb. Oxu.Az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin təşkil etdiyi "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai dinləmədə danışıb. Nazirin sözlərinə görə, hazırlanmış xəritə incəsənət məktəbləri şəbəkəsinin daha səmərəli idarə olunmasına, balanslı inkişafına və uzunmüddətli dayanıqlılığının təmininə xidmət edəcək. Adil Kərimli Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası barədə də məlumat verib. Bildirib ki, incəsənət təhsili sahəsində ilk dəfə təşkil olunan attestasiya prosesi ümumilikdə 12 min təhsilverəni əhatə edir. Ötən il beş region üzrə 4 min təhsilverənin attestasiyası həyata keçirilib. Bu il isə ölkəmizin digər regionları və Naxçıvan Muxtar Respublikası daxil olmaqla 8 min təhsilverənin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər