Siyasət

Yanvar-fevral aylarında qəbul olunan dövlət standartlarının sayı açıqlanıb

18 Mar 2026, 11:39 1 baxış
Yanvar-fevral aylarında qəbul olunan dövlət standartlarının sayı açıqlanıb
2026-cı ilin yanvar-fevral aylarında qəbul olunan dövlət standartlarının sayı açıqlanıb. Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorun müavini Kəmalə Məmmədzadə "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatında deyib. O bildirib ki, qeyd olunan müddətdə 36 dövlət standartı qəbul olunub: "Dövri yoxlanılması aparılan standartların sayı altı olub. Standartlaşdırma üzrə texniki fəaliyyətlərin təkmilləşdirilməsinə gəldikdə isə 16 texniki komitə (TK) qida və kənd təsərrüfatı sahəsi, üç TK İKT və energetika, beş TK idarəetmə, iki TK neft-qaz, bir TK ekologiya, iki TK nəqliyyat, iki TK sənaye təhlükəsizliyi və tikinti, beş TK yüngül sənaye və dörd TK əmək və xidmət sahələri üzrə fəaliyyət göstərir".
Mənbə oxu.az

Oxşar Xəbərlər