Siyasət

Anar Quliyev: "Dayanıqlı yanaşmaların tətbiqi şəhərlərin davamlılığının qorunması üçün çox vacibdir"

18 Mar 2026, 10:47 1 baxış
Anar Quliyev: "Dayanıqlı yanaşmaların tətbiqi şəhərlərin davamlılığının qorunması üçün çox vacibdir"
"Urbanizasiyanın qlobal səviyyədə sürətlə yüksəldiyi, dünyanın artan ekoloji təzyiqlər, demoqrafik dəyişikliklər və sosial bərabərsizliklər kimi ciddi çağırışlarla üzləşdiyi bir dövrdə resurslardan səmərəli və məsuliyyətli istifadə həm dövlət, həm də özəl sektor üçün xüsusi əhəmiyyət kəsb edir". Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev "AZS ISO 20121:2026 - Tədbir davamlılığının idarəetmə sistemləri üzrə dövlət standartı"nın təqdimatı mərasimində deyib. O bildirib ki, bu şəraitdə dayanıqlı yanaşmaların tətbiqi yalnız inkişafın təmin olunması deyil, həm də şəhərlərin davamlılığının qorunması baxımından çox vacibdir: "Müasir dövrdə dayanıqlılıq artıq bir seçim deyil, qlobal inkişafın zəruri şərtinə çevrilib. Belə ki, dayanıqlılıq sosial və iqtisadi rifahın təmin edilməsi və ətraf mühitin qorunması arasında balans yaradaraq həm indiki, həm də gələcək nəsillər üçün inklüziv, davamlı inkişafın əsasını təşkil edir. Şübhəsiz ki, tədbirlər insanları bir araya gətirir, yeni ideyaların və əməkdaşlıqların yaranmasına şərait yaradır. Lakin eyni zamanda bu toplantılar resursların istifadəsi, tullantıların yaranması, müəyyən ekoloji və sosial təsirlərə dair mövzularla da müşayiət olunur. Bu baxımdan tədbirlərin təşkilində dayanıqlı prinsiplərinin tətbiqi onların cəmiyyət, iqtisadiyyat və ətraf mühit üçün müsbət nəticələr verməsini təmin etmək baxımından xüsusi əhəmiyyət daşıyır". A.Quliyev qeyd edib ki, dayanıqlıq prinsiplərinin tədbirlərin təşkili prosesinə inteqrasiyası ətraf mühitə təsirin əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradır: "Araşdırmalar göstərir ki, bu prinsiplərə uyğun təşkil olunan tədbirlər karbon emissiyalarını təxminən 42%, ümumi tullantıların həcmini 44%, kağız tullantılarını 90%-dək, enerji istehlakını isə 60-70%-dək azaltmağa imkan verir. Məhz bu səbəbdən beynəlxalq standartların tətbiqi, o cümlədən AZS ISO 20121 standartı, böyük beynəlxalq tədbirlərin daha məsuliyyətli və dayanıqlı şəkildə təşkil olunmasında mühüm rol oynayır. BMT-nin ikinci ən böyük konfransı olan WUF13-ün əsas tələblərindən biri tədbirin təşkilində dayanıqlıq prinsiplərinin geniş tətbiqidir".


Daha çox şəkil burada: PhotoStock.Az
Anar Quliyev: "Dayanıqlı yanaşmaların tətbiqi şəhərlərin davamlılığının qorunması üçün çox vacibdir" Anar Quliyev: "Dayanıqlı yanaşmaların tətbiqi şəhərlərin davamlılığının qorunması üçün çox vacibdir" Anar Quliyev: "Dayanıqlı yanaşmaların tətbiqi şəhərlərin davamlılığının qorunması üçün çox vacibdir"
Mənbə oxu.az

Oxşar Xəbərlər