Siyasət
Azərbaycanın ABŞ-dəki səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
"Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin konsulluq bölməsi 2026-cı ilin 20-30 mart tarixlərində Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günlərində fəaliyyət göstərməyəcək". Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi "X"dəki hesabında məlumat yayıb. Qeyd olunub ki, qeyri-iş günləri ərəfəsində səfirliklə operativ əlaqənin yaradılması üçün konsulluq bölməsinin aşağıda qeyd olunan əlaqə vasitələrinə müraciət etmək olar: - "Qaynar xətt" nömrəsi: +1(202)556-9391 - Elektron poçt ünvanı: [email protected] - Səfirliyin internet səhifəsi
Mənbə
oxu.az
Oxşar Xəbərlər