Kriminal
Sabirabadda mikroavtobus minik maşını ilə toqquşub, xəsarət alanlar var
Sabirabadda mikroavtobusun iştirakı ilə avtomobil qəzası baş verib, 7 nəfər xəsarət alıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib. Belə ki, FORD markalı mikroavtobusla "Ateko" markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza səbəbindən Şirvan-Sabirabad yolunda 40 dəqiqə ərzində böyük tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır. Sabirabadda mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb. Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində yeddi nəfər xəsarət alaıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az