Kriminal

Cəlilabadda ağır avtoqəza - Ölən və yaralılar var

17 Mar 2026, 16:22 1 baxış
Cəlilabadda ağır avtoqəza - Ölən və yaralılar var
Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə martın 17-də gecə saat 2 radələrində şəhər ərazisində qeydə alınıb. 1997-ci il təvəllüdlü Səbran Əliyevin idarə etdiyi "KIA Rio" markalı və 1997-ci il təvəllüdlü Kamran Quliyevin idarə etdiyi "Changan" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər iki sürücü və "Changan"ın sərnişini, Cəlilabad rayon sakini - 1991-ci il təvəllüdlü Xəyal Bəşirov bədən xəsarətləri alaraq rayon xəstəxanasına yerləşdiriliblər. X.Bəşirov xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər