Kriminal

Gəncədə 55 yaşlı kişi avtomobildə öldü

17 Mar 2026, 15:24 1 baxış
Gəncədə 55 yaşlı kişi avtomobildə öldü
Gəncə şəhərində sürücü sükan arxasında ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə martın 16-da səhər saatlarında baş verib. 1971-ci il təvəllüdlü Nuruzadə Mustafayev idarə etdiyi VAZ-2106 avtomobili ilə hərəkətdə olarkən qəfil özünü pis hiss edib. O, avtomobildə dünyasını dəyişib. İlkin ehtimalla N.Mustafayev infarktdan ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər