Kriminal
Bakıda 57 yaşlı qadın dəm qazından ölüb
Bakıda qadın dəm qazından boğulub. Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini 1969-cu il təvəllüdlü Yeganə Nağıyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az