Kriminal

Tale Heydərovun bir milyonu ƏLƏ KEÇİRİLİB - Məşhur iş adamı HƏBS OLUNDU - FOTO

17 Mar 2026, 13:02 1 baxış
Tale Heydərovun bir milyonu ƏLƏ KEÇİRİLİB - Məşhur iş adamı HƏBS OLUNDU - FOTO
"AzFinance İnvestisiya Şirkəti"nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev həbs edilib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. Fotoda İntiqam Səfərəliyev
Tanınmış şirkət rəhbərindən şikayətçi isə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. İttihama görə, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirib. Fotoda Tale Heydərov
Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddə ilə yekun ittiham verilib. Səfərəliyev özünü təqsirli bilmir, o, ilkin ifadələrində zərərçəkmiş şəxsi aldatmadığını deyib. Qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən "AzFinance İnvestisiya Şirkəti"nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının Üzvü və başqa vəzifələrdə də çalışıb.
Tale Heydərovun bir milyonu ƏLƏ KEÇİRİLİB - Məşhur iş adamı HƏBS OLUNDU - FOTO Tale Heydərovun bir milyonu ƏLƏ KEÇİRİLİB - Məşhur iş adamı HƏBS OLUNDU - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər