Dünya

Zelenski İranın Ukraynaya qarşı təhdidlərinə cavab verib

17 Mar 2026, 11:56 2 baxış
Zelenski İranın Ukraynaya qarşı təhdidlərinə cavab verib
Ukrayna dövlət başçısı Volodimir Zelenski Yaxın Şərqdəki vəziyyətlə əlaqədar İranın səsləndirdiyi hədələrdən çəkinmədiyini bəyan edib. Oxu.Az məlumat verir ki, ölkə rəhbəri bu fikirləri İsrailin "i24" telekanalına açıqlamasında dilə gətirib. "Bu növ xəbərdarlıqlar bizi qorxutmur", - deyə Zelenski vurğulayıb. Xatırladaq ki, ötən həftə İran parlamentinin milli təhlükəsizlik komitəsinin rəhbəri İbrahim Əzizi İsrailə verdiyi dəstəyə görə Kiyevin Tehran zərbələri üçün rəsmi hədəf olduğunu bəyan etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər