Kriminal
Tovuzda PARTLAYIŞ: Bir ailənin 4 üzvü xəsarət aldı
Tovuz rayonunda yaşayış evində partlayış olub. Oxu.Az-ın məlumatına görə, hadisə gecə saatlarında rayonun Aşağı Quşçu kəndində baş verib. Kənd sakini, 1967-ci il təvəllüdlü Zeyhun Cəfərova məxsus 4 otaqlı evdə qaz sızmasından qəfil partlayış olub. Hadisə nəticəsində ev sahibi və onun ailə üzvləri - 1997-cü il təvəllüdlü Turxan Cəfərzadə, 2005-ci il təvəllüdlü Turanə Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az