Cəmiyyət

İrandan dörd Azərbaycan vətəndaşı təxliyə olunub

16 Mar 2026, 12:24 2 baxış
İrandan dörd Azərbaycan vətəndaşı təxliyə olunub
İrandan bu gün 00:00-12:00 aralığında biri uşaq olmaqla dörd Azərbaycan vətəndaşı təxliyə edilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər