Cəmiyyət

Balaxanı Sənaye Parkı təkrar emaldan yüzmilyonlarla manat qazanıb

16 Mar 2026, 11:12 2 baxış
Balaxanı Sənaye Parkı təkrar emaldan yüzmilyonlarla manat qazanıb
"Təkrar emalla istehsal edilən məhsulun 32 milyon manatlıq hissəsi xarici ölkələrə ixrac olunub". Oxu.Az xəbər verir ki, bu fikirləri "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarov WUF13 çərçivəsində jurnalistlər üçün "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turu zamanı bildirib. O qeyd edib ki, Balaxanı Sənaye Parkı 2017-ci ildən fəaliyyət göstərir və 57 milyon manat investisiya qoyulub: "Bu müddət ərzində müəssisələr tərəfindən ümumi dəyəri 416 milyon manat olan məhsul istehsal edilib. Təkrar emalla istehsal edilən məhsulun 32 milyon manatlıq hissəsi xarici ölkələrə ixrac olunub. Parkda işlənmiş mühərrik və qida yağlarının təkrar emalı həyata keçirilir".
Mənbə oxu.az

Oxşar Xəbərlər