Cəmiyyət

Bakıda WUF13-ə hazırlıq işləri həlledici fazaya daxil oldu - VİDEO

16 Mar 2026, 11:36 2 baxış
Bakıda WUF13-ə hazırlıq işləri həlledici fazaya daxil oldu - VİDEO
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasına (WUF13) hazırlıq işləri yekun mərhələyə daxil olub. Oxu.Az xəbər verir ki, WUF13-ün keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) görülən işlərlə bağlı videoçarx hazırlanıb.
Videoçarxda stadionun daxilində texniki hazırlıq işlərinin aparıldığı, həmçinin iri konstruksiyaların kranlar vasitəsilə quraşdırıldığı görünür. Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasının keçirilməsinə təxminən iki ay qalıb. WUF13 "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu ilə 17-22 may 2026-cı il tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər