Cəmiyyət

Azərbaycanda yarım milyondan çox ağacın kəsilməsinin qarşısı alınıb

16 Mar 2026, 10:27 2 baxış
Azərbaycanda yarım milyondan çox ağacın kəsilməsinin qarşısı alınıb
"Son beş ildə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda 29 500 ton karton təkrar emala göndərilib". Oxu.Az xəbər verir ki, bu fikirləri "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarov WUF13 çərçivəsində jurnalistlər üçün "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turu zamanı bildirib. O bildirib ki, bu, təxminən 501 min ağacın kəsilməməsi deməkdir: "Zavodda son beş il ərzində 3 500 ton plastik butulka təkrar emala göndərilib. Sonrakı mərhələdə təkrar emalla bu butulkalar paltarlarda polester iplik kimi istifadə edilir. Bu ipliklərlə hazırlanan sintepon döşəklər isə Türkiyə və İrana ixrac edilir. İl ərzində Bakı şəhərində bir nəfər 360-400 kq zibil istehsal edir. Ötən il bu zibilin təxminən bir milyon tonu "Təmiz Şəhər" ASC-yə gətirilib".
Məlik Məlikov
Azərbaycanda yarım milyondan çox ağacın kəsilməsinin qarşısı alınıb
Mənbə oxu.az

Oxşar Xəbərlər