Kriminal
Qubada müəllim dəm qazından boğuldu
Quba rayonunda qadın dəm qazından boğularaq ölüb.
Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonunun Xucbala kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin məktəbində müəllim işləyən 44 yaşlı Aytən Baxışova hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Onun 4 uşaq anası olduğu bildirilir.
Faktla bağla araşdırma aparılır.
Mənbə
axar.az