Kriminal

Qusarda "Mercedes" dərəyə aşıb, 5 nəfər yaralanıb

15 Mar 2026, 21:12 1 baxış
Qusarda "Mercedes" dərəyə aşıb, 5 nəfər yaralanıb
Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər