Kriminal

Qusarda "Mersedes" dərəyə aşdı: 5 nəfər yaralandı

15 Mar 2026, 20:24 1 baxış
Qusarda "Mersedes" dərəyə aşdı: 5 nəfər yaralandı

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində "Mersedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.


Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər