Dünya
Zelenski Makronla razılığa gəldi: Ballistik raketləri vura bilən sistemlər alınacaq
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla Kiyevə SAMP/T zenit-raket komplekslərinin verilməsi barədə razılıq əldə edildiyini bildirib. Oxu.Az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. V.Zelenskinin sözlərinə görə, danışıqların əsas mövzusu ABŞ-nin "Patriot" sistemlərinə alternativ olub. SAMP/T ballistik raketləri əngəlləyə bilən yeganə Avropa sistemidir. "Biz bu il yeni SAMP/T sistemlərinin ballistik raketləri vurub-vurmadığını görəcəyik", - deyə Zelenski qeyd edib. O, həmçinin vurğulayıb ki, sınaqlar uğurlu olarsa, Kiyev yeni komplekslərin alınması növbəsində birinci olacağını gözləyir.
Mənbə
oxu.az