Dünya
Kubada iğtişaşlar: Kommunist Partiyasının binası yandırıldı
Kubanın Moron şəhərində bir qrup etirazçı Kommunist Partiyasının yerli bölməsinin binasını dağıdıb. Oxu.Az bu barədə "Invasor" qəzetinə istinadən xəbər verir.
Hadisə sakinlərin ərzaq məhsullarının bahalılığı və elektrik enerjisindəki fasilələrdən narazılığı nəticəsində baş vermiş mitinqdən sonra baş verib. Kubadakı etiraz aksiyasının iştirakçıları yerli partiya bölməsinin binasının girişini daş-qalaq ediblər, qəbul otağından mebel çıxararaq küçədə yandırıblar. Dövlət apteki və ərzaq mağazası da hücuma məruz qalıb. Kuba Prezidenti Migel Diyes-Kanel "X" sosial şəbəkə hesabında etirazçıların şikayət və tələblərini qanuni, elektrik enerjisinin kəsilməsi səbəbindən yaşadıqları ümidsizliyi isə başadüşülən adlandırıb. Bununla yanaşı, o, hakimiyyətin vətəndaşların rahatlığını təhdid edən zorakılığa və vandalizmə yol verməyəcəyi barədə xəbərdarlıq edib.

Mənbə
oxu.az