Dünya
SEPAH Təl-Əvivə və ABŞ-nin regiondakı bazalarına zərbələr endirib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Həqiqi vəd - 4" əməliyyatının növbəti mərhələsi zamanı İsrailin paytaxtı Təl-Əvivə, eləcə də ABŞ-ın İraq və Küveytdəki bazalarına zərbələr endirdiyini bildirib. Oxu.Az xəbər verir ki, SEPAH-ın bəyanatını "Tasnim" agentliyi yayıb. "Həqiqi vəd - 4" əməliyyatının 52-ci mərhələsi çərçivəsində Təl-Əvivin sənaye infrastrukturu obyektlərinə, həmçinin Ərbildəki "Hərir", Küveytdə yerləşən "Əli əs-Salem" və "Arifcan" bazalarına zərbələr endirdik", - deyə məlumatda bildirilir. SEPAH ABŞ hərbi obyektlərindəki "sənaye zonalarını tamamilə məhv etdiyini" iddia etsə də, digər təfərrüatı açıqlamayıb.
Mənbə
oxu.az